Azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşmasında dövlət necə rol oynayır? - ÖZƏL

Azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşmasında dövlət necə rol oynayır? - ÖZƏLAzərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə söykənməklə böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünya miqyasında böyük nüfuza malik sahibkarlar yetişib. Dövrünün nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdiriblər və əhalinin böyük hissəsini işlə təmin ediblər. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını isə sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb olub. Bu gün də müstəqil Azərbaycan dövləti azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması üçün çox ciddi addımlar atır. Belə ki, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, müəyyən toplumun və ya fərdin inkişafında da özünəməxsus mühüm rol oynayır. Bu baxımdan iqtisadi yüksəliş yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eləcə də bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün böyük zəminə çevrilə bilib.  Azərbaycanda sahibkarların yoxlamalardan azad edilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması, 100 minlərlə müəssisənin fəaliyyət göstərməsi, bir pəncərə sistemi vasitəsilə qısa zaman kəsiyində hər bir şəxsin öz sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək imkanına malik olması, sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin təqdim edilməsi, yeni sənaye zonalarının fəaliyyətə başlaması dövlətin bu sahəyə göstədiyi xüsusi diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər.
Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi iqtisadi inkişaf strategiyasının prioritetlərindən hesab olunur. Bu məqsədlə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir.
Bütün bunlarla yanaşı ölkə iqtisadiyyatının inkişafına mane olan monopoliya, korrupsiya, məmur sahibkarlığı, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatı və bu kimi halların  aradan qaldırılması üçün, son illər həyata keçirilən islahatlar daha da dərinləşdirilir. Eyni zamanda iqtisadiyyatın liberallaşdırılması üçün müəyyən addımlar atılır. Çünki liberal iqtisadiyyat azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur. Bunlar yoxdursa, sözün həqiqi mənasında səmərəli fəaliyyət göstərən və xalqın tələblərinə həssas olan bazar iqtisadiyyatı haqda danışmaq çox çətindir. Bir sözlə sahibkarlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, sosial məsuliyyətlərini anlayaraq mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşmasına öz layiqli dəstəklərini verirlər. Bu gün Azərbaycanın real sektorunda fəal iştirak edən çoxsaylı sahibkarlıq subyektləri vardır ki, onların da ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələr hər il daha da artır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili" mövzusuna uyğun olaraq dərc edilir.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşmasında dövlət necə rol oynayır? - ÖZƏL

Sosial       Tarix: 13 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az