AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərəgöstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədiləaviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.
azxeber.com xəbər verir ki, yeni xidmətdənaviaşirkətin rəsmi www.azal.az saytında və ya mobil tətbiqində yararlanmaq olar.
Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəstidarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geriqaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədənhəyata keçirmək mümkündür. Artıq sərnişinlər "Rezervasiyanın idarə edilməsi"bölməsinə daxil olaraq "Aviabiletin qaytarılması" düyməsini klikləyib dünyanınistənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraqemal olunur.
Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qisməngeri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geriqaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa,sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanıplanları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət birneçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsiniasanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardanbirini seçib bileti geri qaytarmaq olar.
Aviabiletlərin onlayn geri qaytarılmasıxidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar:
AZAL-ın mobil tətbiqini linkindən yükləməkmümkündür.
Bu yeniliklər sərnişinlərə daha müasir vərahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlərüçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan vəsəmərəliedir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu