AZAL karbon emissiyalarının azaldılmasını müzakirə edib
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev "Carbonclick" şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb.
Bu barədə azxeber.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi tərəfdaşlar tərəfindən bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Cənab Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin "Carbonclick" ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.
Cənab Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq və iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.
Qeyd edək ki, oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.
AZAL və "Carbonclick"in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var