Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı
Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı daha bir addım atıb. Çoxsaylı vətəndaşlarımızın bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmək üçün kütləvi müraciətlərini nəzərə alaraq Bank bu köçürmələri onlayn qaydada aparmaq imkanı yaradıb.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri indi Azərbaycan Beynəlxalq Bankının bu xidməti üzərindən yerinə yetirmək olar. Ölkənin ən böyük kommersiya qurumlarından olaraq Azərbaycan Beynəlxalq Bankı özü də dünən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirilib: "Bütün mənəvi və maddi dəstəyimizlə qəhrəman hərbçilərimizin yanındayıq. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında Bankımızın çoxsaylı əməkdaşları da var. Hər gün yüzlərlə vətəndaş Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdən ötrü Azərbaycan Beynəlxalq Bankının filiallarına müraciət edir. Bunun özü də cəmiyyətimizdəki qələbə ruhunun bir göstəricisidir. Biz isə Fonda vəsaitlərin köçürülməsi prosesini asanlaşdırmaqdan ötrü onlayn həllərimizi vətəndaşlarımızın istifadəsinə verdik. Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni edir. Əminik ki, belə bir həmrəyliklə Qələbə tezliklə bizim olacaq".
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir. /news.milli.az

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi