"Azərbaycan bir günün içində 100-150 illik separatçılığın kökünü kəsdi" – Vətən müharibəsi iştirakçısı

Azərbaycan sadəcə bir günün ərzində 100-150 illik terrorizmin, separatçılığın kökünü qaşıdı, ona son qoydu.
Ötən ilin sentyabr ayında İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddiaların gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Həmin dövrdə Vətən müharibəsindən üç illik zaman keçsə də, Qarabağda kök salmış separatçı qondarma rejim və qanunsuz silahlı birləşməşlər təxribatlarına ara vermir, pozuculuq əməllərini davam etdirirdilər.
 Aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş "Fərrux", "Qisas" və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü "Laçın" koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Qanunsuz əməllərin qarşısının alınması üçün "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı "soyqırım", "blokada" və "humanitar böhran"ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməyə başladılar.
Ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə yaranmış təhdid üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəhayət, sentyabrın 19-da Silahlı Qüvvələrimiz davamlı şəkildə törədilən təxribatlara cavab olaraq Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirdi.
Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın 20-də 24 saatdan da az (23 saat 50 dəqiqə) müddətdə yekunlaşan "ildırımsürətli", lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Antiterror əməliyyatının 1-ci ildönümü münasibətilə açıqlamalar verən Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov bir sıra müham məqamlara toxunub. Vurğuladı ki, əməliyyat başlanan kimi Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurlar əldə etmiş və qısa zaman ərzində düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi. 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edildi, separatizmin kökü kəsildi.
Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması mümkün oldu, ölkəmizin suverenliyi tam təmin edilməklə bütün ölkə ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu. A.Eyvazov cəmi bir gün ərzində 406 kv.km. ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmənin 310 nəfəri zərərsizləşdirildi, 614 nəfər yaralı ələ keçirildi. Həmçinin, vurğulanıb ki, 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü.
Vətən müharibəsi iştirakçısı, Şuşa fatehi, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə uğurlu birgünlük antiterror əməliyyatının tarixi önəmi barədə "Şərq"ə danışıb. Qazi ilə söhbətə keçməzdən öncə qısaca qeyd edək ki, Bəhruz Məmmədzadə 2003-2021-ci Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. 
44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib və Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib. 2021-ci ildən ehtiyatda olan hərbi qulluqçu eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. B.Məmmədzadə qəzetimizə açıqlamasında vurğulayıb ki, Vətən müharibəsindən sonra Ermənistan rəsmən məğlubiyyətini qəbul etdi və kapitulyasiya sənədinə imza atdı. Ermənistan tərəfi üzərinə müəyyən öhdəliklər götürdü və üçtərəfli sazişə əsasən, silahlıları qüvvələrini Qarabağdan çıxaracağına söz verdi: "Ancaq zaman keçdikcə aydın oldu ki, keçmiş separatçı xunta rejimi xarici ölkələrdən, xüsusən Fransadan dəstək alaraq öz çirkin əməllərini ara-sıra həyata keçirməyə çalışır. Bu cür təxribatların nəticəsi olaraq hərbçilərimiz şəhid edilir, mülki vətəndaşlarımız qətlə yetirilirdi, yaxud ciddi xəsarətlər alırdılar. Sonuncu dəfə, sentyabrın 19-da mülki vətəndaşlarımız və onları xilas etməyə çalışan polis əməkdaşlarımız terrora məruz qaldılar.
Nəticədə Azərbaycan Ordusu Qarabağda, yəni öz ərazisində heç 24 saat çəkməyən lokal tipli anti-terror əməliyyat icra etdi. Bu əməliyyatlarda Ordumuzun yüksək peşəkarlığı bir daha ortaya çıxdı. Dünya da gördü ki, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda necə antiterror tədbirləri reallaşdırdı. Ermənistan tərəfinin özü də heç nüans tapa bilmədi ki, Bakını ittiham etsin, dünyaya car çəksin ki, guya Azərbaycan tərəfi mülki erməniləri tələf edib və s. Azərbaycan Ordusu lokal tipli əməliyyatı elə peşəkarlıqla icra etdi ki, mülki obyektlərə və insanlara kiçik zərər belə toxunmadı. Yüksək dəqiq zərbələrlə düşmənin hərbi obyektləri vuruldu. Hətta xunta rejimi öz hərbçilərini qorumaq üçün mülki obyektlərə, maşınlara doldururdular. Düşünürdülər ki, onlar vurularsa, bunu dünyaya "mülki şəxslərin hədəf alınması" kimi təqdim edəcəklər. Hər baxımdan çox uğurlu əməliyyat oldu, torpaqlarımız üzərində suverenliyimiz tam bərpa edildi. Qarabağda ermənilərin qalmasına belə şərait yaradıldı, halbuki, onların arasında terrorizmə açıq dəstək verənlər çox idi. Yaxşı bilirdirlər ki, hər birinin əməli araşdırılacaq və cəzalarını çəkəcəklər. Ona görə də torpaqlarımızı könüllü surətdə tərk etdilər. Baxmayaraq ki, Azərbaycan onlara hər cür şəraitin yaradılacağının sözünü vermişdi".
Bəhruz Məmmədzadə vurğulayıb ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub, qan tökülməsini heç vaxt istəməyib: Ancaq elə bir coğrafiyada yaşayırıq ki, Ermənistan bizə qarşı təxribatlardan əl çəkmir. Bugün də şərti sərhədlərdə atəşkəsi pozurlar. Bu, bir daha göstərir ki, erməni ordusunda İrəvan hökumətinə tabe olmayan, xarici dairələrə bağlı silahlı qüvvələr qalmaqdadır.
Ancaq əmin olsunlar ki, Azərbaycan Ordusu bütün təxribatların layiqli cavabını verəcək. Onu qeyd edim ki, dünya ölkələri terrorizmlə mübarizə aparsalar da, yaxud apardıqlarını bəyan etsələr də, bunun həlli yolunu tapa bilmirlər, ortada real nəticə yoxdur. Fransa kimi ölkələr Azərbaycanı ona görə qısqanır ki, Azərbaycan sadəcə bir günün ərzində 100-150 illik terrorizmin, separatçılığın kökünü qaşıdı, ona son qoydu. Bütün dünya da bunun şahidi oldu. Azərbaycan əyani göstərdi ki, terrorizmlə mübarizəni necə aparmaq lazımdır. Torpaqlarımızda separatçılıq, terrorçuluq, xunta rejimi yoxdur və olmayacaq. Artıq öz torpaqlarımızda bizim insanlarımız yaşayırlar, quruculuq-bərpa işləri davam edir, ora normal həyat qayıdıb. Vətəndaşlarımız öz yurdlarında əmin-amanlıq içində yaşayır, işləyirlər".

Sosial       Tarix: 12 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun cəbhədən son durum axsam az xeberler cəbhədən görüntülər