Azərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsinin icrasını davam etdirərək, Azərbaycan Dillər Universitetində növbəti konfransı baş tutub.
Universitetdən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, qloballaşmanın milli- mənəvi dəyərlərimizə müsbət və mənfi təsirləri vadır. Natiq çıxışına davam edərək, Azərbaycanın milli- mənəvi dəyərlərinin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşkili və təşviqi sahəsində Mehriban xanım Əliyeva çoxşaxəli və səmərəli fəaliyyəti ilə mühüm işlərini, habelə Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələrini xüsusi qeyd edərək tədbir iştirakçılarının nəzərinə çatdırıb.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Dövlətiimiz qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını almaq məqsədi ilə bir sıra təsirli tədbirlər görüb və bu proses indi də davam etməkdədir. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişaf etdirilməsi, təkcə dövlət qurumlarının üzərinə düşən məsuliyyət deyil, bütün cəmiyyət, hər bir vətəndaş bu işlə məşğul olmalıdır, bu bizim həm mənəvi borcumuz, həm də konstitusion vəzifəmizdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir".
 DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək, tədbir iştirakçılarına icraçı olduğu Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə tanış edib. Çıxışına davam edərək natiq bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur. Son vaxtlarda həyata keçirilən layihələr mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir. O qeyd edib ki, Mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik,dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilən siyasətin bariz nümunəsidir.
Tədbirdə Azərbaycan Dillər Universitetinin BMR fakültəsinin dekan müavini, professor Əli Məmmədov deyib ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan professor diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Uzman Dr Aydın Talışinskiy çıxış edərək bildirib ki, Azərbaycanın özünəməxsus və əsrarəngiz milli-mənəvi dəyərlərini müqəddəs bayrağımızın təzahürü timsalında izah etdi. Türk və İslam sivilizasiyasının ayrılmaz və mühüm parçası olmağımızdan əldə olunan zənginliyimizdən, necə tolerant ve multikultural nümunəvi ölkə olaraq inkişaf etməyimizdən danışdı . Savadlı, vətənpərvər insanların beyin məhsulu ortaya qoyulduqda, dini və milli kimlik sütunları üzərində qurulmuş sarsılmaz əqidədən ilham alaraq, elmi tərəqqi əldə etməyin mühümlüyünü də açıqladı. Ayrıca, təqdimat Diller Universitetində keçirildiyi üçün, doktor dil məfhumunun "insanın beşikdən etibarən" formalaşmasının zəruriliyi haqda ətraflı danışaraq, dil siyasətinin müdrükcəsinə yürüdülməsi mövzusunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aldığı qərarlardan bəhs etdi və bu silsilədə irəlidə hansı addımlarla vətənimizi daha da bütünləşdirməyə nail ola biləcəyimiz istiqamətdə tövsiyyələrini verdi.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü Vidadi Məmmədov çıxışına Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik
fikirlərindən bir neçəsini konfrans istirakçılarının diqqətinə çatdırmaqla başlayıb. Natiq çıxışına davam edərək, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürdüyünü və indiki, eləcə də gələcək nəsillərin bu dəyərlərə bağlı fəaliyyət göstərmələrini gənclərə tövsiyyə edib. Vidadi Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetinin tələbələri milli-mənəvi dəyərlərimizin müxtəlif sosial şəbəkələr vasitəsi ilə də təbliğ olunmasında hər bir azərbaycanlı kimi onların da mənəvi borcu olduğunu və gəncləri bu sahədə daha da fəal olmağa dəvət edib.
"İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi"nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev öz çıxışında bidirdi ki, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında tolerantlıq nümunəsi olub. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.
İctimai Fəal Samir Pənahəliyev söz alaraq, tələbə - gənclərə ictimai fəal olmağı, bu sahədə ardıcıl mübarizə aparmağı arzulayaraq, hər bir vətəndaşımızın arxa cəbhədə milli və mənəvi dəyərlərlərimizin qorunması naminə fəaliyyət göstərmələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı, Qobustan kompleksinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini konfrans iştirakçılarının diqqətinə çatdırırdı.
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.
Azərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLARAzərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 22 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri son xeberler 2026 xeberler az cebheden xeberler