Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair tədbirlər PLANLAŞDIRIR

Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair tədbirlər PLANLAŞDIRIR"Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır".
KONKRET.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.
Bildirilib ki, il ərzində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı verdiyi şikayətlər üzrə zəruri tədbirlər görülüb:
"Dekabr ayında Azərbaycan tərəfi Ermənistana qarşı 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair yeni dövlətlərarası şikayət təqdim edib. Azərbaycan tərəfi insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir.
Bundan əlavə, Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində BƏM-ə təqdim ediləcək əsas iddia – 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb. Sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcək.
Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır".

Siyasi       Tarix: 29 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat son xəbərlər bugün 2026 xeber bugun xeberler