Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?
Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməyi nəzərdən keçirdiyini bildirib.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, fin hərbçiləri Ukrayna müharibəsində istifadə olunan istehkam təcrübəsini dərindən öyrənərək onu yerli şimal iqliminə uyğunlaşdırmağı planlaşdırırlar. İki ölkə arasındakı 1340 kilometrlik sərhəd NATO-nun Rusiya ilə olan ümumi quru sərhədinin yarıya qədərini təşkil edir.
Generalın sözlərinə görə, Moskva müharibəyə baxmayaraq hərbi potensialını sürətlə bərpa edir və bazalara artıq yeni "T-90" tankları, "BMP-3" zirehli maşınları və özüyerən artilleriya qurğuları daxil olur.
Helsinkinin əsas məqsədi Rusiyaya hər hansı bir hücumun uğursuzluğa məhkum olduğunu nümayiş etdirməkdir. Qeyd edək ki, sentyabr ayında Finlyandiya sərhəddə 365 milyon avro dəyərində olan 200 kilometrlik çəpərin inşasını artıq yekunlaşdırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ