Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq
2022-ci il ərzində Beynəlxalq Ədalət Məhkəməsi və AİHM-də Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür və bu, davam etməkdədir.
KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, eyni zamanda, bu ay Azərbaycan Ermənistana qarşı 2022-ci ilin may-avqust ayında Ermənistanın Laçın şəhəri və iki qonşu kəndi tərk edərkən yüzlərlə yaşayış yerini yandırması, məhvetməsi ilə bağlı yeni dövlətlərarası şikayət təqdim edib və bununla bağlı ziyana görə kompensasiyanın ödənilməsi tələb edilir.
"Bu proseslərin özünəməxsusluğu var. 2023-cü ilin əvvəlindən tərəfimizdən Azərbaycanın Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərinin qanunsuz istismarına qarşı yeni iddialar irəli sürüləcək", – nazir vurğulayıb.

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO