"Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir" - Xabi Alonso
" class="imgbcode" />"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".
"Bilirdik bizi çətin rəqib gözləyir. Nəticə pis deyildi. Birinci hissədə üstünlük "Qarabağ"da idi. Gələn həftə səhvlərimiz üzərində çalışacağıq ki, bunlar təkrarlanmasın".
KONKRET.azxəbər verir ki, bunu "Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşən ispaniyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Bu oyunda Qurban Qurbanov – Xabi Alonso dostluğu nəticəyə necə təsir göstərdi?
– Oyuna təsiri futbolçular göstərir, biz yox.
– "Bayer" uduzmayan komandadır. Bu gün məğlub olsaydı, buna çox üzüləcəkdiniz?
– Məğlubiyyətə çox fokuslanmadım, əsas komandada enerji olsun. Futboldur, hər şey ola bilər. Bu gün "Qarabağ"ın bəxti gətirmədi, yaranan şanslardan istifadə etmədi, biz isə ikinci qolu vura bildik.
– "Qarabağ" haqqında nə düşünürsünüz, fikirləriniz nədir?
– Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Keyfiyyətli klubdur. Qurban müəllim Avroliqada uğur qazana bilib.
– 3 oyundan sonra necə düşünürsünüz "Qarabağ"ın futbolçuları Avropanın top 5 liqalarında oynaya bilər?
– Tək-tək futbolçuların adını çəkməyəcəm, amma "Qarabağ" Bundesliqada oynayacaq gücdədir.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto