Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Azərbaycan gəncliyi etibarlı gələcəyimizdirGənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.
Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sayca 51-ci nümayəndəliyi Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. 
Ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisində mühüm rol oynayan təhsil sisteminin inkişafı, yüksək intellektə malik gənc kadrların yetişdirilməsi Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Gənclər siyasətinin uğurla reallaşdırılmasında Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səmərəli layihələr həmçinin, gənclərin mənəvi-intellektual və yaradıcı potensialının möhkəmləndirilməsinə xidmət edir.
Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Təbii ki, bu, gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin reallaşmasının göstəricisidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. 
Naftalan şəhər sakini Fuad Əliyev / azxeber.com

Siyasi     Baxılıb: 208   Tarix: 31 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda "Aykol Manas" məktəbinin açılışı olacaq

Ağdamda Qırğız Respublikasının inşa etdiyi "Aykol Manas" məktəbinin açılışı olacaq. xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib. Məktəbi

İki ölkə birləşə bilər

Cənubi Koreya sülh yolu ilə birləşməyə çalışmalıdır. -a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon deyib. Onun fikrincə, Cənubi və Şimali Koreya milli kimliyini qoruyub saxlasa, yüz illər keçsə belə

Aİ Ukraynaya 2 milyon mərmi ötürəcək – Rusiya vəsaiti hesabına

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Danimarkada keçirdiyi brifinqdə bəyan edib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 2 milyon mərmi göndərəcək. xəbər verir ki, onu

Rusiya erməni kilsəsinə hücumlardan narahatdır

Ermənistandakı hadisələr ölkənin daxili işi olsa da, kilsəyə edilən hücumlar ciddi narahatlıq doğurur. -a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Şübhəsiz ki, minillik tarix

CİA Trampla bağlı elə SƏNƏDLƏR yaydı ki... - Rusiyanın da əli var

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) 2016-cı il ABŞ seçkilərində Rusiyanın Trampa yardımı ilə bağlı qiymətləndirmələrdə ciddi pozuntular olduğunu etiraf edib. KONKRET.azxəbər verir ki, bu barədə məlumat, ABŞ-da keçmiş preziden

BMT Rusiya - Azərbaycan gərginliyindən xəbərdardır - Düjarrik

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır.  Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib. Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama və Rusiy

"Razılaşdıq ki, birlikdə gələcəyik" - İlham Əliyev

"Bildiyiniz kimi, keçən ilin aprel ayında, – hətta məktəbin içərisində bir fotoşəkil də var, – Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik". KONKRET.azxəbə

Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…

⁠İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilir. Qeyd edilir ki, ötən ay Netanyahu məhz Trampla danışdıqdan sonra İrana hücuma başlamışdı. Bu dəfə də bənzə

Prezidentlər "Sea Breeze"də - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar. xəbər verir ki, "Sea Breeze"in təsisçis


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta kriminal xeberler hava proqnozu kriminal