Azərbaycan gimnastikası ilk dəfə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında təmsil olunacaq
İyunun 17-də Almaniyanın paytaxtı Berlində 190 ölkədən 7000 Xüsusi Olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları start götürəcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəni bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək.
İdmançı ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş etdirəcək.
İyunun 10-da Milli Gimnastika Arenasında Tağıyevanın yarışqabağı yoxlama məşqi keçirilib. Media nümayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş etdirib.
Yarışa iyunun 25-də yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycanda 2017-ci ildən etibarən gimnastika üzrə Xüsusi olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəyə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib.//Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi