Azərbaycan Güləş Federasiyası: "Mahir Əmiraslanov yığmadan kənarlaşdırılıb

Azərbaycan Güləş Federasiyası: Azərbaycan Güləş Federasiyası (AGF) milli komandanın sabiq üzvü, sərbəst güləşçi Mahir Əmiraslanovun saxlanılmasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, AGF-in Mətbuat xidmətinin rəhbəri Sərxan Musalının "Report"a verdiyi məlumata görə, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb.
Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb: "Ondan sonra idmançıdan xəbərimiz olmayıb. Mahir beynəlxalq arenada bir çox uğura imza atıb. Lakin təəssüf ki, bununla yanaşı, məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb".
Musalı federasiyanın belə məsələlərə maksimum dərəcədə həssas yanaşdığını və nəticəsindən asılı olmayaq, idmançıya yaraşmayan hərəkətə yol verən və nizam-intizam kodekslərini pozanların dərhal yığmadan kənarlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, Mahir Əmiraslanov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.

İdman       Tarix: 29 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan