Azərbaycan klubu maaşa görə avrokubok oyununa çıxmaq istəmir
işilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları dağılmaq təhlükəsinin astanasındadır.
KONKRET.az Prosport.az-a istinadən xəbər verir ki, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.
Belə ki, komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər Şuşa adını daşıyan komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran "Xarı Bülbül Şuşa"nın prezidenti postundan kənarlaşdırılıb.
Komanda hazırda 3 aydır ki, maaş üzünə həsrətdir. "Xarı Bülbül Şuşa" bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın "Panatinaikos" komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası 1 ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Bununla belə, "Xarı Bülbül Şuşa"nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda 3 gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək. Bundan başqa, Avropa Voleybol Konfederasiyasının (CEV) bu duruma görə Azərbaycan Voleybol Federasiyasını cəzalandıracağı istisna olunmur.
Qeyd edək ki, "Xarı Bülbül Şuşa" Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi