Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu baş tutub
Dekabrın 5-də Bakı Konqres Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu" baş tutub.
Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə 5-16 dekabr tarixlərində keçiriləcək "Azərbaycan Könüllülük Həftəsi 2024" çərçivəsində baş tutub.
Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin "Tullantıdan sənətə" adlı sərgisi həyata keçirilib.
Forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib.
Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Forumda çıxış edən rəsmilər təmsil etdikləri qurumların könüllülük fəaliyyətinin təşviqində və inkişafında oynadığı mühüm rolu və COP29 Beynəlxalq İqlim Konfransında Azərbaycan könüllülərinin fəallığını diqqətə çatdırıblar. Həmçinin, könüllülük fəaliyyətinin yalnız cəmiyyətin müxtəlif sahələrində deyil, həm də dövlətin gənclər siyasətinin ayrılmaz hissəsi olduğunu, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyini vurğulayıblar.
Sözügedən tədbirdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması və könüllülər arasında ekoloji biliklərin artırılması istiqamətində həyata keçirilən layihələrə həsr olunmuş "Yaşıl Azərbaycan", "Azərbaycan Könüllüləri", "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2024-cü il" hesabatının video-çarxları izlənilib.
Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın 2024-cü il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. O, könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətindəki mühüm addımları və əldə edilən nailiyyətləri qeyd edərək, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması istiqamətində yeni layihələrin və təşəbbüslərin irəli sürüləcəyini vurğulayıb. Həmçinin, Vüqar Əliyev çıxışında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən ekoloji təşəbbüslər və Beynəlxalq İqlim Konfransı COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli bir addım olaraq gənclər 2024-cü il üzrə "İlin Könüllüsü" mükafatı ilə 5 nominasiya üzrə təltif olunub.
Tədbirin sonunda Forum iştirakçılarının xatirə fotosu çəkilib.









/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da