Azərbaycan könüllülük məktəbi COP29-da qızıl dövrünü yaşadı

Azərbaycan könüllülük məktəbi COP29-da qızıl dövrünü yaşadıBəzi insanlar var ki, onlar üçün gördükləri iş zamanı maddi maraq bütün maraqların üzərində gəlir. Bəzi insanlar var ki, işə düzələn zaman sadəcə maaşın nə qədər olmasını müzakirə edir. Bəzi insanlar sadəcə navacibləri azdır deyə illərdi işlədiyi müəssisəni və qurumu bir anda dəyişə bilərlər. Heç kimi buna görə qınamaq olmaz. Bu yaşadığımız kapitalist cəmiyyətin əsas tələblərindən biri olaraq daim bizimlə olacaq bir prosesdir.
Ancaq bəzi insanlar var ki, onlar bütün işləri sadəcə dövlətin, millətin və cəmiyyətin inkişafı, tərəqqisi və dövlətin adı üçün təmannasız görür. Bu gün həmin insanların günüdür. Bu gün 5 Dekabr Beynəlxalq Könüllülər Günüdür.
Azərbaycan xalqı könüllü sözü ilə elə müstəqliyin ilk illərində tanış oldu. Ordusu olmayan böyük qüvvələrin havadarlığı ilə ölkəmizə təcavüzə qalxan Ermənistanın qarşısına elə ilk olaraq könnüllü igidlərimiz əlində silahla çıxdı. Dünya ilk dəfə Azərbaycan xalqının könüllülük mədəniyyətinin formalaşmasını onda anladı. Bəli məhs o gənclər azərbaycanlıların görülən işi nəvacib və vəzifə öhdəlikləri üçün deyil vətən sevgisi üçün könüllü edilə biləcəyini bütün dünyaya bəyan etdi. Həmin könüllülər Azərbaycan uğrunda, ölkələrinin bütövlüyü uğrunda canlarından və sağlamlıqlarından gözlərini bir an belə qırpmadan keçdilər.
Zaman keçdi ölkəmizdə könüllük institutu daha da inkişaf etdi. Müstəqlliyimizin növbəti illərində ölkəmizin iqtisadi qüdrəti sürətlə artırdı. Bu isə ölkəmizə inamı və etibarı artır, beynəlxalq tədbirlərin Azərbaycana həvalə edilməsinə səbəb olurdu. Bu tip tədbirlərin qəbulu zamanı isə təkcə iqtisadi güc, lazımı qədər işçi və kadr ehtiyatının olması kifayyət etmirdi.  Bu zaman dövlətin mənafeyi üçün təmannasız tər tökəcək insanlara və cəmiyyətin avanqard hissəsini təşki edən gənclərə ehtiyac var idi. Elə 90-cı illərdən Azərbaycan uğrunda könüllük mədəniyyətini formalaşdıran xalqımızın içindən yenə də Azərbaycan adı üçün könüllü çalışacan gənclər ordusu formalaşdı.
Hər şey Avroviziya-2012-dən başladı. Ardınca FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-də könüllülərimiz ilk imtahanlarını uğurla vermişdi. 2015-ci il ölkəmizdə təşkil olunana I Avropa Oyunları isə könüllülərimiz üçün uğurla nəticələnən bir yolun başlanğıcı idi. 2016-cı ildən isə dünyanın bir nömrəli yarışlarından olan  Formula 1-in Azərbaycanda təşkili könüllülərimiz üçün bir məktəb rolunu oynadı. Burada olan könüllülərimiz öz bacarıqları ilə nəinki azərbaycanlıları xaricdən  gələn qonaqları da heyran etməyi bacardı. Daha sonra İslam Həmrəylik oyunları, ondan sonra EYOF-2019, ardınca UEFA Avropa Liqasının Bakı Finalı saydıqca bitməyən tədbirlər  könüllülərimizin fədakarlığı sayəsində yüksək səviyyədə baş tutmuşdu.
2020-ci il bütün dünya üçün pandemiya ilə yadda qalan il bizim üçün həsrətin sona çatdığı il idi. Həmin zaman dünya Azərbaycan insanın vətən üçün könüllü canından belə keçəcəyini bir daha şahid oldu. Ən müasir silahlara sahib olan ordumuz düşməni 44 gündə doğma torpaqlarımızdan qovdu.  Ancaq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevində bildirdiyi gözəl bir fikir var: "Müasir silahlarla təkcə iş bitmir. silahları istifadə edən əsgərlərdir, zabitlərdir." Həmin 44 günlük müharibədə ordumuz əsgər və zabit çatışmamazlığı hiss etmədiyi kimi vətəni üçün könüllü canını verən oğul və qızlarımızında sayı dünyanı heyrətə gətirdi. Elə müharibədən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çox sayda müraciət oldu. Yenə Azərbaycan insanı vətəni uğrunda könüllü şücaət göstərmək əzmində idi. Beləcə biz bu müharibəni qalib gəldik.
Vətəni düşmənlərdən qorumaqla yanaşı eyni zamanda da onun təbiətini flora və faunası qorumaqda bir vətən borcudur. 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyəti ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətə başladı. Təşkilat qısa zaman ərzində ətrafına böyük könüllülər ordusu toplamağı bacardı. IDEA ictimai birliyinin təşəbbüsü ilə respublikada 5 milyondan çox ağac əkilmişdir. O cümlədən ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr həyata keçirilir.

Azərbaycan könüllük məktəbinin inkişafında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, ASAN-ın, Qan Donorları Assosiasiyasının adlarını cəkdikcə bitməyəcək könüllülər ordusunu öz ətradında birləşdirən onlarca təşkilatın xidmətləri danılmazdır.
2024-cü ildə isə ölkəmiz dünyanın ən böyük konfranslarından birinə ev sahibliyi etdi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkili  məhs Azərbaycana həvalə olundu. Bəli bu tipli tədbiri qəbul etmək üçün ölkənin ciddi siyasi nüfuzu, iqtisadi resusları hərtərəfli gücü olmalı idi. Belə güc toplusunun ölkəmizdə mövcud olması ilə əlaqədar olaraq bu tədbiri Azərbaycanımıza həvalə etdilər. COP29-un həmi "Mavi zona" həm də "Yaşıl Zona" tədbirlərində iştirak etmiş bir şəxs kimi onu deyə bilərdim ki,  Azərbaycan könüllülük məktəbi COP29-da qızıl dövrünü yaşadı. Könüllülərimiz fədakarlığı, yüksək intellektual səviyyəsi ilə, işə can yandırmağları ilə dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri sözün həqiqi mənasında heyran qoydular. Bu tədbirdə mənin diqqətimi ən çox çəkən məqamlardan biri isə hər bir könüllünün ümumi tədbirin keçirildiyi məkan haqqında yüksək informasiyaya sahib olması idi. Məkanın bir ucunda xidmət göstərən könüllü digər ucunda olan zal haqqında sanki həmin zalın ətrafında xidmət göstərən könüllü kimi məlumat verirdi. Gördükləri iş zamanı nə qədər yorulsalarda üzlərindəki ifadə ilə bunu biruzə vermirdilər. Daim yorğunluğu arxa plana atıb hər gələn tədbir iştirakçısına xoş sima ilə gülərüz münasibət göstərirdilər. Onlar fəaliyyətləri ilə Azərbaycan adlı evimizin qonaqlarını öz şəxsi evlərinə gələn qonaq kimi qarşılayıb, yola salırdılar. Azərbaycan mentalitetinin qonaqpərvətliyinin ilk təcəssümü elə COP29-da fəaliyyət göstərən könüllülərin simasında gördük.
Nəzərbəy Hacıağayev / azxeber.com

Sosial       Tarix: 05 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 xeber.az bu gun cebheden xeber son xeberler bugun 2026 canli