Azərbaycan Kuboku: Bu gün ilk yarımfinal oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, açılış matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
Əyalət təmsilçiləri indiyədək 6 dəfə kubokda rəqib olublar. Bunlardan 4-ü 1/4 finala, 1-i yarımfinala, 1-i isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var – 14:8. Son 3 matçda "Qarabağ" rəqibini məğlub edib.
Digər görüşdə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda 3 dəfə kəsişib. Əvvəlki 6 oyunun yarısı "qartallar"ın, 2-si "ağ-qaralar"ın xeyrinə başa çatıb. 1 görüşdə qalib müəyyənləşməyib. "Neftçi"nin vurduğu 6 qola "Zirə" 4 topla cavab verib.
Azərbaycan Kuboku, yarımfinal
İlk oyunlar
20 aprel (çərşənbə)
17:30. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.
20:00. "Zirə" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu