Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını söyləyib: "Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".
De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasına münasibət bildirib: "Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".
Baş məşqçi qələbədən sonra azarkeşlərə yaxınlaşmamaları barədə danışıb: "Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".
İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbini açıqlayıb: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən".
De Byazi Qazaxıstanla səfərdə və Slovakiya ilə evdəki matçların nəticələrinə görə məyus olduğunu sözlərinə əlavə edib: "Bu görüşlərdə uduzmamalı idik, müdafiədə böyük səhvlər etdik, bizə baha başa gəldi. Bu komanda daha yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın".
Baş məşqçi Azərbaycan yığmasının tarixində indiyək ardıcıl 3 qələbə əldə etmədiyini xatırladıb: "Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmada böyük uğur tələb edilir. Mən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər".
Mütəxəssis Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu diqqətə çatdırıb: "Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar".
De Byazi millinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ehtimalı barədə qısa danışıb: "Millətlər Liqasında və ya seçmə mərhələdən vəsiqə qazanmağın fərqi yoxdur. Gözəl təcrübə olar. Xalq, futbolçular üçün qeyri-adi şey olar. Bəxtimiz gətirsə, çıxa bilərik".
Baş məşqçi son olaraq Musa Qurbanlı haqqında fikirlərini bölüşüb: "Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, "Qarabağ"da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi də perspektivli oyunçularımız var".

İdman       Tarix: 26 sentyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az xeber.az bu gun xeber.az 2026 son xabarlar