Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan mərasimdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Püşkün nəticəsinə görə Azərbaycan 4 komandalı qrupa düşüb. "D" qrupunda mübarizə aparacaq millimizin rəqibləri Millətlər Liqasında Fransa-Xorvatiya cütünün qalibi, eləcə də Ukrayna və İslandiya yığmaları olub. Xatırladaq ki, seçmə mərhələ 2025-ci il martında start götürəcək. İki ildən sonra Kanada və Meksikada təşkil ediləcək Dünya Çempionatında ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.
Vəli Həsənov,
KONKRET.az

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi