Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub olduSəudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün baş hakimi Sami Əl-Naci olub.
Matçda hesabı 14-cü dəqiqədə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo açıb. Bu qol portuqaliyalı ulduzun karyerasında 986-cı olub.
Cəmi dörd dəqiqə sonra Ronaldo fərqi artırmaq imkanı qazansa da, penaltidən yararlana bilməyib. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.
Birinci hissənin əlavə olunmuş birinci dəqiqəsində (45+1) "Əl-Əhli"nin hücumçusu Vender­son Qaleno hesabı bərabərləşdirib.
71-ci dəqiqədə Ayvan Toni penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini hesabda önə çıxarıb.
75-ci dəqiqədə isə müdafiəçi Rojer İbanyes "Əl-Nəsr"in qapısından üçüncü topu keçirərək yekun hesabı müəyyənləşdirib – 3:1. Həmin epizodda künc zərbəsindən ötürməni yarımmüdafiəçi Eduard Spertsyan verib.
Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 12 oyundan sonra 28 xal toplayan "Əl-Nəsr" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Aktivində 24 xal olan "Əl-Əhli" isə dördüncü yerdədir.
Növbəti turda "Əl-Nəsr" noyabrın 28-də səfərdə "Əl-Həzm"lə qarşılaşacaq. "Əl-Əhli" isə həmin gün "Əl-Taavun"la üz-üzə gələcək. / konkret.az

İdman       Tarix: 21 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

Millətlər Liqası: pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldu

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub. xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Sabir Zeynalov dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb. KONKRET.azxəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübariz

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər. xəbər verir ki, Masazır klubunun sosial şəbəkə hesabınd

FİFA prezidentliyi uğrunda 3 namizəd

FİFA-nın yeni prezidentinin seçilməsi uğrunda üç namizəd mübarizə aparacaq. xəbər verir ki, beynəlxalq futbol qurumunun rəsmi saytında namizədlərin adları açıqlanıb. Bunlar Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" – "Karvan-Yevlax" oyunu baş tutacaq. VII turun qarşılaşmasın


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xəbərlər bugün 2026 en son xeber havanın temperaturu