Azərbaycan millisinin rəqiblərinin Bakıya gələcəyi vaxt açıqlandı
Azərbaycan millisinin "FIFA series – Edition 2024" turnirindəki rəqibləri Monqolustan, Bolqarıstan, həmçinin yarışın digər iştirakçısı Tanzaniya milli komandasının Bakıya gələcəyi vaxt açıqlanıb.
Bu barədə KONKRET.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
"Tanzaniya millisi bu gün Bakıya gələcək, martın 19-da isə Monqolustan və Bolqarıstan yığmaları ölkəmizə çatacaqlar. Rəqib komandaların azarkeşlərinin Bakıya gəlmək ehtimalı yoxdur. Mümkün olarsa, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları və ya ölkəmizdə yaşayan vətəndaşları gəlib matçları izləyə bilərlər".
AFFA rəsmisi bilet satışına da aydınlıq gətirib: "Millimizin oyunlarına bilet satışı ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Bu barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto