Azərbaycan minaları öz gücünə təmizləyir: Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək

Azərbaycan minaları öz gücünə təmizləyir: Ermənistan müharibə cinayətlərinə görə cavab verəcəkErmənistanın Azərbaycana qarşı etdiyi müharibə cinayətləri hamıya məlumdur. Sülh və insanlıq əleyhinə cinaytləri özlərinə bir mövqe kimi seçən ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə ərazilərimizi talan edib, tarixi abidələrimizi dağıdıb. Daim cinayətlə məşğul olan Ermənistan hər bir əməlinin cavabını alacağını artıq özü də anlayır. 44 günlük Vətən Müharibəsində ağır məlubiyyətlə üzləşən və torpaqlarımızdan geri çəkilməyə məcbur qalan ermənilər torpaqlarımızdan qaçdıqları vaxtda belə ziyan vurmağa çalışıblar.
"Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezident qeyd edib ki, hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır:
"Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər".
Daşa, torpağa, bitkilərə qarşı da vandilizm nümayiş etdirən Ermənistan Azərbaycanla həm də "mina müharibəsi" aparıb. Ermənilər işğal etdikləri ərazilərə uzun müddət minalar basdırıb. Hətta müharibə zamanı geri çəkilərkən belə bu əməllərini icra ediblər. Məlumdur ki, azad edilmiş ərazilərdə artıq uzun müddətdir ki, minatəmizləmə işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə digər işlərlə yanaşı, minatəmizləmə prosesi də hazırda sürətlə davam edir.
Azərbaycan minaları öz gücünə təmizləyir: Ermənistan müharibə cinayətlərinə görə cavab verəcəkMina problemləri üzrə təhqiqatçı, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri, Hafiz Səfixanov azxeber.com-a açıqlamasında hazırda minatəmizləmə prosesi ilə bağlı məlumat verib.
O, qeyd edib ki, hazırda proses sürətlə davam edir:
"İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi tam sürətlə davam edir. Bildiyimiz kimi, həm 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycan Respublikası hökümətinin tapşırığına əsasən ANAMA, Müdafiə Nazirliyinin mühəndis-istekam qoşunları, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri minaların təmizlənməsi prosesinə cəlb olunub. Hökumətin qarşıya qoyduğu prioritetlərə əsasən ərazilər minalardan təmizlənir. Əsasən hansı ərazilərdə ki, infrastruktur layihələri və tikinti-quruculuq işləri aparılacaqsa, həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Bunun üçün məsafədən idarə olunan robot texnikadan, minaaxtaran itlərdən və minatəmizləyənlərin əl əməyindən istifadə olunur. Bu, dünya təcrübəsində də belədir".
Hafiz Səfixanov vurğulayıb ki, xarici dövlətlər bu prosesdə Azərbaycana ciddi köməklik etmir:
"Bu məqsədlə keçən il və bu il ölkəyə xaricdə istehsal olunan məsafədən idarə olunan minatəmizləyən robot texnikalar və minaaxtaran itlər gətirilib. Bundan başqa minaaxtaranların sayı davamlı olaraq artırılır. Onlar kurslara cəlb olunur. Müvafiq təlimlərdən keçdikdək sonra olar da minaların təmizlənməsinə cəlb olunur. Hava şəraitinin imkan verdiyi təqdirdə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi sürətlə aparılır. Bu sahədə Azərbaycan hələ ki, təəssüf ki, yalnız öz gücü ilə prosesi davam etdirir. Xarici dövlətlərdən minaların təmizlənməsi üçün Azərbaycana hiss olunacaq kömək yoxdur. Azərbaycan dövləti minaların təmizlənməsi üçün öz büdcəsindən maliyyə vəsaiti ayırıb. Keçən il yüz milyon manat idi. Bu il də bildiyim qədərilə elə həmin vəsaitə yaxın bir vəsaitdir. Bu vəsaitlə biz öz ərazimizdə minaların təmizlənməsi prosesini həyata keçiririk".
Ermənistan tərəfinin Azərbaycana bəzi ərazilərin mina xəritələrinin təqdim etməsinə baxmayaraq mina xəritələri tam olaraq dəqiqliyi əks etdirmir. Ötən ay Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələyə münasibət bildirərkən bir daha qeyd etdi ki, xəritələrin dəqiqlik səviyyəsi yalnız 25 faizdir:
"Biz Ermənistan Respublikasından mina xəritələrini almışıq, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir".
Hikmət Hacıyev bildirdi ki, işin sürəti minaların təmizləmə prosesindən asılıdır:
"Azərbaycan bu sahədə öz səylərini əsirgəmir. Bütün bu səylərdə Azərbaycan Hökumətinin prioritetləri arasında inteqrasiyanın yaxşılaşdırılması, mina tədbirləri və daha geniş inkişaf var. Biz müşahidə edirik ki, müharibə və postmüharibə dövrlərində minaların təmizlənməsi humanitar məqsədlərə xidmət edir".
Bütün bunları nəzərə alaraq anlamaq lazımdır ki, minatəmizləmə prosesi çətin və uzun zaman alan bir prosesdir.Gözlə görünməyən bu düşmən oraya ayaq basan hər bir vətəndaş üçün həyati təhlükə yaradır. Bu səbəbdəndir ki, 44 günlük müharibədən sonra icazəsiz olaraq daxil olan xeyli sayda vətəndaş həyatını itirib və ya ciddi bədən xəsarətləri alıb. Bu cür məsələlərdə vətəndaşlar da dövlətə yardımçı olmalı, qanunsuz hərəkətlərlə işəri çətinləşdirməməlir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırlması" mövzusu üzrə dərc edilib.
Azərbaycan minaları öz gücünə təmizləyir: Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək

Sosial       Tarix: 14 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycanda son xeberler cəbhədən ən son xəbərlər cəbhədən xəbərlər krimnal xeber