Azərbaycan MMA prezidenti: "Məşqçinin aqressiya göstərməsi, onun zəifliyidir
Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov 7 yaşlı Fərid Bakarovun məşq zamanı ölümündən kədərləndiyini bildirib.
Hazırda Döyüş idman növləri üzrə Ümudünya Oyunlarında Azərbaycan yığmasına başçılıq edən Azad Əsgərov Oxu.Az-a fikirlərini bölüşüb.
"Biz uşaqlar üçün ömrümüzü qoyuruq ki, onlar layiqli övlad, mətin vətəndaş, mübariz idmançı kimi formalaşsın, vətənimizi dünya arenalarında təmsil etsin, bayrağımızı dalğalandırsın. Mən həqiqi idmançılardan danışıram - məşqçi ilk növbədə valideyndir. Ona həvalə olan uşağların sağlamlığına, onların psixoloji durumuna, gələcəyinə görə biləvasitə məsuliyyət daşıyır. O uşaqlara öz övladın kimi yanaşmasan, onları zədələrdən qorumasan, özünəinamını, şəxsiyyətini formalaşdırmasan, öz zəhmətinlə tərinlə, qanınla öyrəndiklərini, bildiklərini öyrədə bilməzsən. Bunun üçün uşağı öz övladın kimi sevməlisən. Bu peşəkarlığın ən əsas amilidir. Məşqçinin, müəllimin aqressiya göstərməsi, onun zəifliyidir, peşəkar kimi gərəksizliyidir.
Dünəndən şokdayam. Gəcə yata bilməmişəm.
Uşağı təhqir etməklə, aşağılamaqla, ona zədə yetirməklə onu şəxsiyyət etmək olarmı?
Kim sənə bu haqqı verib? O körpələrə qarşı bu vəhşiliyi etməyə kim sənə icazə verib? Nədir sənin məqsədin? Nəyə xidmət edirsən? Özünü bu yolla təsdiqləmək istəyirsən?
Bir körpəyə zülm etdin. Onin həyatına son qoydun. Arzuların puç elədin.
Mənim üç övladım idmanla məşğul olur, mən digər uşaqları neçə ozümkülərdən ayıra bilərəm? Məhz buna görə federasiyamız klubları, idman zallarını ziyarət edir. Mütəmadi şəkildə məşqçilərlə görüşüb, onlarla daim işləyir. Məşqçilərə hər zaman izah edirik ki, ölkənin idman kapitalı uşaqlardır - onları qorumaq, qayğısını çəkmək, daim diqqət mərkəzində saxlamaq, onların inkişafı, şəxsiyyət kimi idmançı kimi formalaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün məşqçi heyəti üçün mütəmadi seminarlar, təlimlər keçiririk, onların peşəkarlığını yüksəltmək, biliklərini artırmaq istiqamətində tədbirlər keçiririk. Təhlükəsizlik qaydalarına riayət etmək, idmançılara hörmətlə yanaşmağı aşılayırıq. Uşaqlara məşq keçmək hər yoldan ötənin işi deyil - bunun üçün daxilən hazır olmalısan. Bunun məsuliyyətini anlamalısan", - deyə A.Əsgərov qeyd edib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu