Azərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTOLARAzərbaycan nümayəndə heyətinin bir qismi "Pekin-2022" Qış Olimpiya Oyunlarında idmançıların iştirakına hazırlıq işlərini təşkil etmək üçün Çinin paytaxtına yola düşüb.
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) KONKRET.az-a verilən məlumata görə, Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə MOK Marketinq İdarəsinin müdiri Mehman Kərimov, "Olimpiya Dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıb.
Azərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTOLARAzərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTOLARAzərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcək.
Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-u yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın paytaxtı Moskvadan yola düşəcək.
Azərbaycan Olimpiya komandası yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.
Qeyd edək ki, Pakin Olimpiadası bu gün körlinq yarışları ilə start götürüb. Qış Olimpiadası 20 fevralda başa çatacaq.

İdman       Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün en yeni xeberler xeberlər cəbhədən yeni xəbərlər