Azərbaycan OPEC-in qərarını dəstəklədi

Azərbaycan OPEC-in qərarını dəstəklədiNeft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.
Energetika Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.
Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul ediLmiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində "OPEC+" ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla "Əməkdaşlıq Bəyannaməsi" iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barel, ikinci mərhələdə 7,7 mln. barel və üçüncü mərhələdə 5,8 mln. barelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.
Bu müddət ərzində "OPEC+" mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla "Əməkdaşlıq Bəyannaməsi" iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır.
Xatırladaq ki, "OPEC+" ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.

Sosial       Tarix: 30 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler kriminal xeberler xəbərlər cəbhədən son xəbərlər 2026