Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli olduAzərbaycan Peşəkar Boks Federasiyası (APBF) fəaliyyətinin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, Federasiyanın İdarə Heyətinin yığıncağında rəhbər vəzifələrə yeni təyinatlar təsdiqlənib.
Peşəkar Boks Federasiyasının 1-ci vitse-prezidenti Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-prezidenti Ziya Əliyev, baş katibi isə Orxan Muxtarov təyin ediliblər.
Federasiyanın 1-ci vitse-prezidenti təyin edilən Fərhad Acalov 2000-ci ildə Azərbaycanın boks üzrə ilk Dünya çempionu olub. Dünya çempionatının ən texnikalı boksçusu seçilən Fərhad Acalov sonrakı illərdə "Baku Fight Lab" (əvvəlki adı ilə, "Rabitə Boks Klubu") boks klubunun icraçı direktoru olub. Fərhad Acalov həmçinin Azərbaycanın əməkdar idman ustası və əməkdar məşqçisidir. Onun rəhbərliyi altında klubun boksçuları ölkəmizi Dünya, Avropa və Olimpiya miqyaslı yarışlarda təmsil edərək ən yüksək nəticələr əldə ediblər.
APBF-nin xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilən Ziya Əliyev isə bir neçə Dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir. Komitənin baş katibi təyin edilən Orxan Muxtarov "Baku Fires" boks klubunda işləməyə başlamış, daha sonra Bakıda keçirilmiş Avropa Oyunları və İslam Həmrəylik oyunları zamanı boks yarışlarının keçirilməsinə rəhbərlik edib. Bu il Bakıda keçirilən Gənclər Olimpiya festivalının 5 idman növü üzrə rəhbəri olub.
Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə bu sahənin inkişafına cavabdehdir. Bir neçə ay öncə Federasiyanın Prezidenti vəzifəsinə seçilən A.Həsənov bu sahənin inkişafı istiqamətində müxtəlif işlərin həyata keçiriləcəyini bildirmişdir. Federasiyanın yaxın gələcəkdə WBA, WBC, IBF, WBO və s. beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlığa başlaması nəzərdə tutulub.
Azərbaycanda peşəkar boks döyüşlərinin təşkil edilməsi Federasiyanın əsas məqsədləri sırasındadır. Federasiya Azərbaycanlı peşəkar boksçuların beynəlxalq səviyyədə tanıtımını və onların arasından dünya səviyyəli ulduzların formalaşmasını hədəfləyir.
Peşəkar Boks Federasiyasının vəzifələrinə peşəkar boksçulara, menecerlərə, promouter və promouter şirkətlərinə, həmçinin hakimlərə müvafiq lisenziyaların verilməsi də daxildir. Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edən qurumdur. /publika.az

İdman       Tarix: 18 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeberler az son xəbərlər bugün 2026 ən son xəbər