Azərbaycan Premyer Liqası: "Qarabağ" əsas rəqibinə qalib gələ bilmədi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, günün sonuncu matçında "Qarabağ" "Sabah"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 15-ci dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb.
32-ci dəqiqədə qonaqların bombardiri Coy Lens Mikels zədələndiyi üçün Kristian Sebalyosla əvəzlənib. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə "bayquşlar"ın bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 58-ə çatdıran Ağdam təmsilçisi liderdir. "Sabah" 53 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i iki cavabsız qolla üstələyib.
XXII turun Qəbələdə keçirilən açılış oyununda yerli komanda "Neftçi" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura fevralın 12-də keçiriləcək "Səbail" – "Zirə" və "Sumqayıt" – "Şamaxı" matçları ilə yekun vurulacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi