Azərbaycan Premyer Liqasında XXIV tura yekun vuruldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"ASCO Arena"dakı görüşdə "ağ-qaralar"ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub. Bu nəticədən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini mğhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu – 8-ci sırada qalıb.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 15 xalla 7-cidir.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə "Sabah" "Şamaxı"nı darmadağın edib – 5:1.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi