Azərbaycan qılıncoynadanı gümüş medal qazandı
Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
KONKRET.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək dünya çempionatnın 1/16 finalına yüksəlib
Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı 1/8 finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb-15:6.
Dünya reytinqinin 1 nömrəsi olan qadın sablyaçımız 1/4 final yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub.
Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.
Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olan son Avropa çempionu Anna Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək FİE-nin konqresində Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu