Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlanıldı
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakıda keçiriləcək Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlayıb.
Qurumun Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, könüllülər proqramına müraciət üçün 16 yaşdan yuxarı ingilis dilini əla bilən (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olan şəxslər müraciət edə bilər.
Müraciət etmək istəyənlər linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçməlidirlər.
Qroqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.
Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.
Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 – 12 iyunda təşkil olunacaq.

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?