Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət edib
Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini COP29-a dəvət edib.
Bu barədə region hökumətinin mətbuat xidməti bildirib.
"9 sentyabr 2024-cü il, bazar ertəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb. Görüş zamanı səfir Məmmədov Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət göndərib", – məlumatda qeyd olunub.
Bildirilib ki, görüşdə "ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb".
"Baş nazir Bərzani genişlənmiş diplomatik və iqtisadi əlaqələrin qarşılıqlı faydalarını vurğulayaraq Azərbaycanla daha güclü tərəfdaşlığın təşviqinə sadiqliyini ifadə edib", – mətbuat xidməti nəql edib. / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var