Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol artıq hər iki ölkənin prezidentləri səviyyəsində təsdiqlənib. Protokola əsasən, Bakı şəhəri və Qəbələ rayonunda iki peşə təhsili mərkəzi birgə idarə olunacaq".
Bunu APA-ya açıqlamasında Peşə Təhsili üzrə Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.
Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində 10-a yaxın ixtisas olacaq:
"Bu ixtisasları sırasına aşpazlıq, İT texnologiyaları, dizayn, tekstil və digərləri daxildir. Sözügedən sahələrdə birgə təhsil proqramları olacaq. Təhsil proqramları Türkiyə standartları nəzərə alınmaqla, Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaqla həyata keçiriləcək. Məqsədimiz bu il və növbəti təhsil ilində bu istiqamətdə fəaliyyəti həyata keçirməkdir. Artıq bununla bağlı işlərə start verilib. Bakı şəhərində yeni peşə məktəbi tikilməyə başlanılıb və gələn ildən tələbə qəbulu həyata keçirməyə başlayacağıq. Qəbələ rayonunda isə hazırda araşdırma aparırıq. Ola bilər ki, ya bu il, ya gələn il orda da qəbula başlanılsın".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı