Azərbaycan Türkiyədən buğda toxumu alacaq
Azərbaycan Türkiyədən buğda, arpa və digər dənli bitkilər üzrə yüksək sortlu, quraqlığa davamlı toxum almaq istəyir.
KONKRET.az xəbər verir ki, bunu Report-a Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindəki mənbə bildirib.
Qeyd edilib ki, hazırda bu istiqamətdə alınacaq buğda toxumunun həcmi ilə bağlı Azərbaycanın özəl şirkəti ilə danışıqlar aparılır: "Belə ki, Türkiyədən alınan toxum sortları Azərbaycanda əkiləcək. Türkiyənin dənli bitki sortları daha məhsuldardır və daha quraqlığa davamlıdır. Əgər həmin sortlar Azərbaycan torpağına uyğunlaşsa, bu halda daha geniş ərazilərdə əkilməsi planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan buğda toxumunu əsasən Rusiya və Qazaxıstandan alır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.
Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək