Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan Pakistanın Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan ilə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə azxeber.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi, mədəni və dini bağlara əsaslandığı vurğulanıb. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında dövlət başçıları İlham Əliyev və Şahbaz Şərifin qarşılıqlı səfərlərinin və yüksək səviyyəli görüşlərinin mühüm rolu qeyd edilib.
Tərəflər ədliyyə və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsi, hüquqi əlaqələrin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, iki ölkənin ədliyyə qurumları arasında imzalanmış Anlaşma Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində hakimlər və ədliyyə işçiləri üçün birgə təlim proqramları həyata keçirilir. Artıq biri İslamabadda, digəri Bakıda olmaqla iki təlim keçirilib, növbəti təlimin noyabr ayında İslamabadda keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, birgə təlimlərin və digər peşəkar tədbirlərin keçirilməsi iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Sonda Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin və hüquqi əməkdaşlığın bundan sonra da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi