Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıb

Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbBaş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir.
azxeber.com "APA"ya istinadən xəbər verir ki,səfər Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə baş tutub.
Martın 24-də Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonq nümayəndə heyətini qəbul edib.
Baş prokuror Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinə çatdırıb. Prezident Luonq Kuonq onların salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilib. SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib.
Ali Xalq Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib.
Baş prokuror Kamran Əliyev iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri davam edir.
Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıbAzərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıb

Siyasi       Tarix: 25 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta xeber saytlari şou biznes xəbərləri bugun xeberler