Azərbaycan velosipedçisi bu ölkədə keçirilən yarışda qalib oldu
Türkiyənin paytaxtı Ankarada keçirilən "GranFondo" Başkənt velosiped yarışında Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek qalib olub.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb.
Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.
Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqroiyası) 6-cı, Vüqar Salahov (40-44 yaş kateqoriyası) isə 12-ci yeri tutub.
Qeyd edək ki, 1000-ə yaxın velosipedçinin iştirak etdiyi yarışda Azərbaycan məşqçi Musa Mikayılzadənin rəhbərliyi ilə 3 idmançı ilə təmsil olunub.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub