Azərbaycan vətəndaşının müəmmalı ölümü: Bacısı da evdə olub
Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış binasından gələn pis qoxu sakinlərin narahatlığına səbəb olub. Hadisə yerinə çağırılan polis əməkdaşları mənzilə daxil olarkən Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyitini aşkar ediblər.
KONKRET.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
İlkin məlumata görə, psixoloji problemlərinin olduğu iddia edilən Rövşən Zeynalovun bacısı Mətanət Zeynalova da mənzilin yataq otağında yatarkən tapılıb. Araşdırma zamanı qadının qardaşının meyiti ilə təxminən bir həftə eyni evdə yaşadığı müəyyən edilib.
Mənzildə aparılan ilkin baxış zamanı qan izləri də aşkarlanıb. Rövşən Zeynalovun meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna göndərilib.
Hadisənin səbəblərinin aydınlaşdırılması və ölümün şəraitinin müəyyən edilməsi üçün polis tərəfindən araşdırma aparılır.oxu.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı