Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı başsağlığı verib.
azxeber.com xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.
"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən "Kvetta" dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib