Azərbaycana dəstək verən ölkələr bu gün Azərbaycanın yanındadır

Azərbaycana dəstək verən ölkələr bu gün Azərbaycanın yanındadırAzərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əlaqələr uğurla inkişaf edir
Serbiya Respublikası hərtərəfli inkişaf edən, müstəqil siyasət aparan ölkələrdən biridir. Azərbaycan Respublikası və Serbiya Respublikasının  uzun illərdir ki, sıx əlaqələri vardır. Hər iki respublika eyni zamanda strateji tərəfdaşdır və bu günə kimi respublikalar arasında strateji tərəfdaşlığa aid bir neçə sənəd imzalanıb. Respublikalar biri-birinin hər zaman ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Şübhəsiz ki, ölkələrimiz arasında münasibətlər beynəlxalq hüquq norma və prinsiplər əsasında tənzimlənir. Ölkələrimiz arasında eyni zamanda mədəniyyət sahəsində də sıx əməkdaşlıq  əlaqələri mövcuddur. 2018-ci ilin aprel ayında Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb, həmin ilin may ayında isə Azərbaycan Dillər Universitetində "Serb dili və Mədəniyyəti Mərkəzi" işə başlayıb.
Ölkələrimiz arasında yüksək səviyyədə keçirilmiş səfərlər zamanı indiyə qədər hər iki ölkə üçün mühüm olan 44 sənəd imzalanıb. Onu da qeyd edim ki, artıq Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib. Bu da ölkələr arasında ticarət əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya  ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycan elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaq".
Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsinin daha da inkişaf etdirilməsində də maraqlıdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikası və Serbiya Respublikası arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb.
Bu günlərdə Azərbaycandan elektrik enerjisini Avropaya çatdırmaq üçün saziş imzalanıb. Azərbaycandan Avropaya elektrik enerjisi kabel vasitəsi ilə Qara dənizin dibi ilə çəkiləcəkdir. Odur ki, Azərbaycan Avropa üçün önəmli təchizatcı hesab olunur. Bu isə Azərbaycanın qarşısında yeni üfüqlər açır, eyni zamanda yeni, geniş imkanlar yaradır. Bu sahədə artıq Azərbaycan Avropa ilə çoxtərəfli formada əməkdaşlıq edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəçiliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan hər bir sahədə daim irəli getməkdədir. Ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Əksər ölkələrlə dostluq-tərəfdaşlıq əlaqələri yaradılır. Prezidentimiz bütün dünyada nüfuz sahibidir.  Biz fəxr edirik ki, bizim yüksək səviyyəli, bacarıqlı, siyasətçi prezidentimiz var.
Serbiya Prezidenti Aleksandr Vuçiçinin Azərbaycana səfər etdiyi zaman prezidentimiz haqqında dediyi sözləri xatırlamaq istəyirəm. Serbiya Prezidenti  demişdir ki, mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm. 
Aleksandr Vuçiçin eyni zamanda silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silaahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndiklərini, eyni zamanda yaxşı silah-sürsat istehsal etdiklərini və dünya ilə ayaqlaşmağa hazır olduqlarını qeyd edib. 
30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində  ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz Ordumuz, qəhrəman, vətənpərvər Azərbaycan övladları tərəfindən azad edildi. Lakin erməni vandalları işğal etdikləri ərazilərdə demək olar ki, daşı daş üstə qoymamışdılar. Ərazilərimizi tərk etdikləri zaman isə ekoloğiyamıza ciddi ziyan vurmuş və ərazilərimizə saysız-hesabsız minalar basdırmışlar. Mina təhlükəsinə görə görüləcək işlər və səbirsizliklə doğma yurd-yuvalarına dönmək istəyən yurddaşlarımızın qayıdışı xeyli ləngimişdir. Lakin Böyük Qayıdış artıq başlamışdır.
Bu gün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz tədricən doğma torpağa ayaq basırlar. Azərbaycana dost olan, Azərbaycana dəstək verən  ölkələr bu gün quruculuq işlərində Azərbaycanın yanındadır. 
Azərbaycanın yaxın dostu-tərəfdaşı olan Serbiya Respublikası da Azərbaycanın haqq işinə həmişə dəstək verib. Bu gün erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizdə gedən abadlıq-quruculuq işlərində digər dost ölkələrin şirkətləri kimi Serbiya şirkətləri də fəal iştirak edəcək.
Azərbaycan Respublikası ilə  Serbiya Respublikası arasında əlaqələr bu gün uğurla inkişaf edir və gələcəkdə də inkişaf edəcəkdir.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 26 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri son xeberler az bu gune olan xeberler son xeber 2026