Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr
Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya yatırılıb.
Bu barədə KONKRET.az Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən xəbər verir.
Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95.9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub:
"2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərinin 16.8%-ni təşkil etmişdir.
İnvestisiya cəlb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağının yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir", – məlumatda qeyd olunub.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır