Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 % artdı

Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 % artdıBu ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 3 milyon 230 min 224 nəfər səfər edib.
KONKRET.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 800 min 965 nəfər (32,9 %) çoxdur.
11 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb – 890 min 855 nəfər. Bu da 1 il əvvələ nisbətən 28,4 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 798 min 492 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,6 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 411 min 812 sərnişinlə (+47,5 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan 209 min 936 sərnişin (+31,9 %), Səudiyyə Ərəbistanı 107 min 703 sərnişin (+8,3 %), Qazaxıstan 99 min 957 sərnişin (+27,2 %), Hindistan 98 min 323 sərnişin (+3,8 dəfə), İtaliya 57 min 197 sərnişin (+89,5 %), Qətər 53 min 386 sərnişin (+77,6 %), Özbəkistan 52 min 453 sərnişin (-16,4 %) qərarlaşıb.
İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (44 min 658 sərnişin, +15,6 %) İsrail (42 min 125 sərnişin, +11,1 %), və Almaniya (40 min 763 sərnişin, +29,8 %) TOP-10-dan çıxıb.
Təkcə noyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 279 min 405 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 28,5 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 68 min 767 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,6 % çoxdur.

Sosial       Tarix: 07 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Benzin qiyməti kəskin ucuzlaşdı

Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub. yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədək

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Şahbuza qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. "Unikal"-a istinadən xəbər verir ki, rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyün

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər son.xabar son xəbərlər azərbaycanda hava haqqinda