Azərbaycana qarşı ittihamlar yolverilməzdir - Savelyev

Azərbaycana qarşı ittihamlar yolverilməzdir - SavelyevRusiya Dövlət Dumasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun koordinatorunun müavini, Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Dövlət Duması MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Laçın dəhlizində baş verən hadisələr haqqında fikirlərini tənqid edib.
KONKRET.az xəbər verir ki, D.Savelyev Zatulinə Rusiyanın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və vəziyyətə bu prizmadan baxılmalı olduğunu xatırladıb.
"Mövcud razılaşmalara baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayıb, bu da özlüyündə gərginliyə səbəb olur. Sülhməramlılarımız haqqında yayılan feyk xəbərlərə gəlincə, onlar açıq-aydın reallığa uyğun gəlmir. Sülhməramlıların Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əlaqəsi konstruktiv əsasda qurulur və gündəlik rejimdə həyata keçirilir", – deputat vurğulayıb.
D.Savelyev qeyd edib ki, Rusiya sülhməramlıları bütün imzalanmış razılaşmaları yerinə yetirərək vəziyyətə nəzarət edirlər:
"Yaranan ictimai narazılıq isə tamamilə haqlıdır, çünki "Qızılbulaq" qızıl yatağında və "Dəmirli" mis-molibden yatağında faydalı qazıntıların hasilatı heç bir texnoloji tələblərə riayət edilmədən vəhşicəsinə həyata keçirilir, bu da mütəxəssislərin – ekoloqlar və ictimaiyyətin qanuni reaksiyasına səbəb olur. Odur ki, bütün bu faktları nəzərə alaraq vurğulamaq istəyirəm ki, mövcud gərginliyi azaltmayan, əksinə artıran bəyanatlara yol vermək və siyasi sferadan olan insanlara, üstəlik isə çox çətin anda Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan dövlətin ünvanına birbaşa ittihamlar irəli sürmək yolverilməzdir".
D.Savelyevin fikrincə, bu cür bəyanatlar heç şübhəsiz, Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru atılan addımları dəstəkləmir:
"Mən ən mürəkkəb siyasi prosesə belə yanlış müdaxiləni yolverilməz hesab edirəm. Əminəm ki, bütün maraqlı tərəflər başa düşürlər ki, bu, yalnız Zatulinin şəxsi fikridir və heç bir halda ölkəmizin rəsmi mövqeyini ifadə etmir".

Siyasi       Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler bugun xeberler azerbaycan sonxeberler