Azərbaycanda 6 aylıq hamilə qadını zorlamaq istəyən kişi CƏZALANDIRILDI

Azərbaycanda 6 aylıq hamilə qadını zorlamaq istəyən kişi CƏZALANDIRILDIXaçmazda qadınların evinə girərək zorla onlarla cinsi əlaqədə olmağa çalışan 1990-cı il təvəllüdlü Kənan Bayramov (soyadlar şərtidir) cəzalandırılıb.
O, 2020-ci ilin sentyabrın 24-də 6 aylıq hamilə olan İlahə Quliyevanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb.
Belə ki, hadisə günü İlahə çimdikdən sonra saçını fenlə qurudarkən qəflətən Kənan əli ilə onun ağzından tutub boğazına bıçaq dayayaraq səs çıxartmamasını deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Həmin gün İlahə iki oğlunu çörək almağa göndərdiyindən evdə tək olub. İlahə ona evdə olan qızılları götürməsini və onu buraxmasını desə də, Kənan razılaşmayıb. Bu zaman oğulları darvazanı döyməyə başlayıb. Kənan İlahəyə uşaqları içəri salmasını və geri qayıtmasını tapşırıb. İlahə isə uşaqlara qaçmalarını deyərək özü də kömək üçün qonşusunun evinə gedib.
Bundan başqa Kənan Bayramov 2021-ci ilin iyunun 23-də tək yaşayan Kəmalə Yaqubovanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb. Belə ki, o Kəmalənin mətbəxindən bıçaq götürərək Kəmalənin boğazına dayayıb. O, Kəmaləni zorlamağa çalışsa da, qadın qaçaraq xilas olmağı bacarıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Bayramov Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 181.2.3-cü (quldurluq- yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq- silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
///Sfera.az / azxeber.com

Sosial       Tarix: 21 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı en son xeberler bu gun cəbhədən son xəbərlər 2026 azerbaycan son xeber bugun