Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldıAzərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub.
İttiham aktına görə, Həmid Bəkirov özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edərək, zərərçəkənə işini düzəldəcəyini vəd verib. Bunun üçün ondan 2000 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. O, aldığı pulun 500 manatını qaytarsa da, yerdə qalanını verə bilməyib.
Zərərçəkənin şikayəti əsasında Həmid Bəkirov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi açılıb.
Zərərçəkən Şöhrət Abbasovun (ad və soyad şərtidir) sözlərinə görə, təqsirləndirilən şəxslə atası İsmayıllıya gedərkən yolda tanış olublar. Belə ki, səfər zamanı avtomobildəkilər yaxşı görkəmdə olan Həmidə "əmi" deyə müraciət ediblər. Yolda ikən atası onun problemini Həmidə danışıb. Həmid də Bakıda olanda onunla "İnşaatçılar" metrostansiyası yaxınlığında görüşüblər.
Şöhrət bildirib ki, Həmid işinin düzəlməsi üçün 3 min manat istəsə də, o, 2 min manat verib. Lakin sonradan dələduzluqdan şübhələnərək, pulunu geri istəyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə isə 20 yaşında olan nəvəsi yeriyə bilmir və bunun üçün əvvəllər xarici ölkələrə müalicəyə aparıb. Şöhrətin atası oğlunun problemini ona danışıb və o da nəvəsinin xəstəliyini bildirərək, zərərçəkənin atasından kömək istəyib. Həmid Bəkirov həmin 2000 manatı məhz nəvəsinə kömək adı ilə aldığını bildirib. O, zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyib.
İstintaq zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. O, məhkəməyə ərizə ilə müraciət edərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
Məhkəmənin qərarı ilə, Həmid Bəkirovun barəsində amnistiya aktı qəbul olunub və o, sərbəst buraxılıb.

Sosial       Tarix: 19 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən şad xəbər ən son xeberler hava proqnozu