Azərbaycanda Aİ-95 markalı benzin bahalaşa bilər - SƏBƏB BUDUR

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşa bilər - SƏBƏB BUDURRusiyanın neft emalı müəssisələrinə edilən kütləvi hücumlar və bəzi zavodların təmirə dayanması yanacaq təminatı ilə bağlı müəyyən çətinliklər yaratmaqdadır. Xüsusilə AI-95 markalı benzin istehsal edən müəssisələrin fəaliyyətində yaranan fasilələr bu məhsulun bazardakı təklifinə təsir göstərir.
Burada əsas sual yaranır: Rusiyada AI-95 markalı benzinin istehsalı və təklifində yaranan problemlər Azərbaycan bazarına necə təsir edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, Azərbaycan AI-95 markalı benzinin müəyyən hissəsini əsasən Rusiyadan idxal edir.
Azərbaycanda Aİ-95 markalı benzin bahalaşa bilər - SƏBƏB BUDUR"Əgər Rusiyada bu markalı benzinin istehsalı və təklifi azalarsa, təbii olaraq ixrac həcmləri də aşağı düşəcək. Bu isə region ölkələri kimi Azərbaycanın da yanacaq bazarında müəyyən risklər yaradacaq. İlk növbədə idxalın azalması və ya baha başa gəlməsi premium yanacaq seqmentində qiymət təzyiqini artıra bilər.
Lakin Azərbaycan hökumətinin və SOCAR-ın bu məsələdə müəyyən imkanları mövcuddur. Əsas addımlardan biri Heydər Əliyev adına Neft Emalı Zavodunda AI-95 markalı benzinin istehsalının artırılması ola bilər. Son illərdə zavodun modernizasiya olunması və "Avro-5" standartlarına uyğun yanacaq istehsal imkanlarının genişləndirilməsi daxili bazarın təminatı baxımından mühüm əhəmiyyət daşıyır".
A.Badamov bildirib ki, əgər daxili istehsal artırılarsa, bu, Azərbaycan bazarında AI-95 markalı benzinin qiymətinin sabit saxlanılmasına və mümkün qıtlığın qarşısının alınmasına imkan verə bilər.
"Bununla yanaşı, alternativ idxal bazarlarının – məsələn, Belarus, Rumıniya və digər ölkələrin aktivləşdirilməsi də risklərin azaldılması baxımından vacib addım hesab olunur.
Ümumilikdə, yaxın aylarda AI-95 benzini üzrə müəyyən qiymət təzyiqi ehtimalı istisna olunmasa da, dövlətin bazara müdaxilə imkanları, daxili istehsalın artırılması və idxalın şaxələndirilməsi kəskin bahalaşmanın qarşısını alacaqdır. Əsas məsələ daxili bazarın davamlı təminatı və enerji təhlükəsizliyinin qorunmasıdır".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 14 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava