Azərbaycanda banklar niyə bağlanır? - Rəsmi qəzetdən maraqlı şərh

Azərbaycanda banklar niyə bağlanır? - Rəsmi qəzetdən maraqlı şərhSon illər bankların müflis elan olunaraq bağlanması halları ilə tez-tez rastlaşırıq. Hətta mütəxəssislər yaxın vaxtlarda digər xırda bankların da iflasa uğraya biləcəyini proqnozlaşdırırlar.
Lisenziyası ləğv edilən banklarda yerləşdirilən əmanətlərlə bağlı vətəndaşlar üçün heç bir təhlükə olmasa da, bu hal cəmiyyətdə ümumi bank sektoruna olan inamı sarsıdır. Ona görə də kreditləşməsi lazımi səviyyədə olmayan və ya maliyyə yardımına ehtiyacı olan bankların bağlanması ən sonuncu çıxış yolu olmalıdır. Bəs ölkəmizdə bir sıra bankların lisensiyasının ləğv edilməsini zəruri edən amillər hansılardır? Həmçinin bu göstəricinin minimuma endirilməsi üçün çıxış yolu nədir?
Banklara əmanət yerləşdirməyə maraq azdır
Son dövrlər bankların maliyyə vəziyyətinin çətinləşməsinin, onların aktivlərinin həcminin və öhdəliklərinin yerinə yetirilmə səviyyəsinin aşağı düşməsinin bir sıra səbəbləri var. İlk səbəb odur ki, inflyasiya nəticəsində vətəndaşların gəlirləri əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratmır. Həmçinin bankların vətəndaşlara xüsusi fürsət tanımamaları da cəmiyyətdə əmanət yerləşdirməyə marağı azaldır. Bankların bu sahədə xüsusi yenilik tətbiq etməməsi isə vəziyyəti daha da çətinləşdirir. Bundan başqa, ölkədə banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsinin aşağı olması da buna səbəb olan faktorlardandır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, bankların bağlanmasının digər səbəbi də bank sektorunda uzun müddət şəffaflıqla bağlı güclü nəzarətin olmamasıdır. Bu, həmin banklarda korporativ idarəetmənin formalaşmasına imkan vermir. Nəticədə isə həm aktivlərdə azalmalara, həm də maliyyə problemlərinin yaranmasına gətirib çıxarıb. Belə olan halda da bank sektoruna ziyan vura biləcək və ya faydası sıfra bərabər olan bankların lisenziyası ləğv edilir.
İqtisadçılar deyirlər ki, bir sıra bankların bağlanma səbəbləri arasında onların maliyyə pozuntularına yol verməsi halları da var. Həmin bankların vaxtında ləğv olunmaması isə daha çox pul batmasına səbəb ola bilər.
Çıxış yolu nədir?
Bu yaxınlarda müflis elan olunaraq bağlanan "Muğan Bank" aktivlərinin həcminə görə 24 bank arasında 16-cı idi. Bu statistika növbəti aylarda hələ bir neçə bankın da bağlanacağı ilə bağlı ehtimalları doğruldur. Lakin iqtisadçılar hesab edirlər ki, siyahıda adı "Muğan Bank"dan sonra gələn bankların hər birini bağlamaq lazım olduğu qənaətinə gəlinməməlidir. Onların bəzilərinin ölkənin bank sektorundakı əhəmiyyəti çox aşağı səviyyədə olsa da, lisenziyalarının ləğvinə gedilməməlidir.
Deputat Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, bankların müflis elan olunaraq bağlanması vəziyyətdən çıxış yolu deyil. Əsas bank sisteminin sağlamlaşdırılmasıdır. Hətta bağlanan bankların sektordakı payı yüksək olmasa da, həm aktivlərdə, həm də kredit portfelində kiçik paya malik olsalar da, onlardan hansısa birinin müflis elan olunması bütövlükdə bank sektoruna zərbə vurur.
Deputat təklif edib ki, bankların sağlamlaşdırılması ilə bağlı Mərkəzi Bank tərəfindən ayrıca dövlət proqramının qəbul edilməsi və həmin proqram çərçivəsində bu gün problemli hesab olunan, eləcə də aktivlərində azalma müşahidə edilən bankların sağlamlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
"Sonuncu dəfə müflis elan olunaraq bağlanan "Muğan Bank"ın aktivlərinin həcminə görə 24 bank arasında 16-cı olması ondan xəbər verir ki, hələ sağlamlaşdırılmasına ehtiyac olan bir çox bank var. Ona görə də zəif bankların sektordakı mövqeyini qorumaq, eləcə də müflisləşməsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək şərtdir. Ümumiyyətlə, dövlət proqramı qəbul edərək bu problemin həllinə çalışmaqla həm də bütövlükdə bank sektorunda maliyyə dayanıqlığı təmin edilə bilər", – deyə deputat bildirib.
Bankların bağlanması vətəndaşlara necə təsir göstərir?
Məlumatlara əsasən, bu günədək müflis elan olunaraq bağlanan bankların heç birində vətəndaşların müvafiq şərtlər çərçivəsində yerləşdirdikləri əmanətlər batmayıb. Bankların bağlanmasının birbaşa vətəndaşlara təsirlərindən danışan iqtisadçı Əkrəm Həsənov da təsdiqləyib ki, bunun vətəndaşlar üçün, demək olar ki, heç bir təhlükəsi yoxdur. Çünki Azərbaycanda vətəndaşların bankda 100 min manata qədər əmanəti sığortalanandır.
İqtisadçı onu da qeyd edib ki, əvvəllər Əmanətlərin Sığortalanması Fondu müflisləşən banklarda əmanətlərin qaytarılmasını xüsusi hallarda 6 aya qədər uzada biləcəyi halda, ümumiyyətlə, 3 ay ərzində kompensasiya etməli idi. Bir neçə ay əvvəl qanuna edilən dəyişikliyə əsasən isə bu müddət bir aya endirildi. Yəni bank bağlanacağı halda vətəndaşın əmanəti 1 ay ərzində geri qaytarılmalıdır. Əmanətçilər üçün bu baxımdan da təhlükə yoxdur. Əkrəm Həsənov əlavə edib ki, amma bankların bağlanması şirkətlər üçün müəyyən qədər risklidir. Çünkü belə olan halda onlar pul vəsaitlərini itirə bilərlər.
"Nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Bankı bir qayda olaraq bankların lisenziyasını ləğv etməzdən əvvəl onlara müəyyən qədər vaxt verir. Bankların sahiblərinə və səhmdarlarına vəsait qoymaları, yaxud da yeni səhmdar tapmaları üçün şans tanıyır. Lakin təəssüflər olsun ki, ölkədə bankların birləşdirilməsi təcrübəsinə, demək olar ki, rast gəlinmir", – deyə iqtisadçı bildirib.
İqtisadçı həmçinin deyib ki, sektorda şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılması problemlərin həlli baxımından faydalıdır.

Sosial       Tarix: 04 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi