Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər
Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qlobal neft bazarındakı dəyişikliklər və geosiyasi gərginliklər fonunda ölkədə yanacaq qiymətlərinin artması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bir çox ölkələrdə yanacaq qiymətlərinin yüksəlməsi qlobal iqtisadiyyatda müşahidə olunan siyasi gərginliklərlə əlaqədardır.
"Dünyanın bir çox ölkəsində yanacaq qiymətlərinin bahalaşması qlobal iqtisadi və siyasi proseslərlə bağlıdır. Xüsusilə, ABŞ və Rusiya arasında mövcud olan gərginlik enerji daşıyıcılarının qiymətinə təsir edir.
Hazırda ölkədə yanacağın bahalaşacağını demək üçün əsaslı səbəb görünmür. Azərbaycanda valyuta məzənnəsi sabit saxlanılır və bu da qiymətlərin qorunmasına müsbət təsir göstərir. Digər tərəfdən, yanacaq tarifləri Tarif Şurasının qərarları ilə tənzimlənir", – deyə o, vurğulayıb.
Günay Hüseynovanın sözlərinə görə, gələcəkdə sektorun inkişafı və ya bu sahədə hər hansı təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi zərurəti yaranarsa, qiymətlərə yenidən baxılması mümkündür.
Beləliklə, qlobal bazarlarda yanacağın bahalaşmasına baxmayaraq, hazırkı şəraitdə Azərbaycanda benzinin qiymətinin artacağı ilə bağlı ciddi risklər müşahidə olunmur. Bununla belə, qiymət siyasətinin gələcək istiqaməti həm beynəlxalq enerji bazarlarındakı vəziyyətdən, həm də ölkədaxili tənzimləmə qərarlarından asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?