Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycanda benzin və dizel bahalaşır?Azərbaycanda avtomobil yanacağına xərclənən vəsaitin həcmi açıqlanıb. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində benzin və dizel satışından 2,3 milyard manatdan çox gəlir əldə edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.
Yanacağa xərclərin artması gələcəkdə benzin və dizelin qiymətinə təsir göstərə bilərmi?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban ilin əvvəlindən yanacağın qiymətində cüzi artımın müşahidə olunduğunu deyib.
"Digər tərəfdən, avtomobillərin sayı hər ay artır. Ölkəyə yeni nəqliyyat vasitələri idxal edilir və onların işləməsi üçün də yanacaq lazımdır. Beləliklə, ölkə üzrə yanacağa çəkilən xərclər də artır.
Bütün bu göstəricilər normal qaydada Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınır".
İqtisadçı Eyyub Kərimli isə məsələyə belə münasibət bildirib:
"Hər bir məhsulun qiymətinə onun maya dəyərinə təsir edən amillər var. Azərbaycanda dizel və Aİ-92 markalı benzin istehsal olunur. Benzinin istehsalında istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır. Bəzi premium yanacaq məhsulları isə xarici dövlətlərdən idxal edilir. Bu məhsulların qiyməti də idxal prosesi ilə bağlıdır".
Ekspert qeyd edib ki, müharibə səbəbindən Rusiyanın neft emalı zavodlarına ciddi ziyan dəyib:
"Bütün bunlar ölkəyə idxal olunan benzinin qiymətinə də təsir göstərə bilər.
Hazırda neft məhsullarının qiymət artımına təsir edə biləcək amillər sabitdir. Qiymət artımı hələlik real görünmür. Lakin tələbat artarsa, bu, xaricdən idxalı şərtləndirə bilər və nəticədə qiymət artımına səbəb ola bilər".

Sosial       Tarix: 15 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri apa.az xeberler cəbhədən canlı xeberler azerbaycan