Azərbaycanda bir ayda 550 hektar meşə YANIB
"2022-ci il ərzində meşə fondu ərazilərində 56 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınlar 631 hektar ərazini əhatə edib".
KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, bütün yanğın ocaqları söndürülüb:
"Hazırda müəyyən ərazilərdə, xüsusilə Zaqatala rayonu ərazisindəki aktiv yanğından sonra ərazinin soyutması işləri aparılır. Bu il avqust ayında yanğınlar daha geniş əraziləri əhatə edib. Bu günə qədər olan yanğınların 550 hektarı bilavasitə avqust ayında qeydə alınıb. Xüsusilə, Quba, Xaçmaz, Siyəzən, Şabran rayonlarında daha çox meşə yanğını hadisəsinin baş verdiyini deyə bilərik. Görülən işlər nəticəsində yanğınlar söndürülüb".
Xalıqverdi Hüseynov onu da qeyd edib ki, yanğın baş vermiş ərazilərdə ziyanın qiymətləndirilməsi işləri hazırda davam etdirilir:
"Monitorinqlərin nəticəsində məhv olmuş ərazilərin ümumi qeydiyyatı dəqiqləşdiriləcək. Bundan sonra payız mövsümi ilə əlaqədar ərazilərin bərpası işlərinə başlanacaq. Bununla yanaşı yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın dəqiqləşdirilməsi işləri davam etdirilir". Modern.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı