Azərbaycanda bu ərazilər təhlükəlidir
Bakı və ümumilikdə Azərbaycan ərazisində sürüşmə riski olan zonalarla bağlı məsələ son günlər daha çox aktuallıq qazanıb.
Xüsusilə intensiv yağıntılar, torpaq qatının yumşalması və relyef xüsusiyyətləri bəzi ərazilərdə sürüşmə ehtimalını artırır. Bu baxımdan, aidiyyəti qurumlar tərəfindən müəyyən edilmiş sürüşmə zonaları və həmin ərazilərlə bağlı risklərin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
KONKRET.az xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli 56 nömrəli Qərarına əsasən ölkə ərazisində sürüşmə təhlükəsi olan ərazilər təsbit edilib:
"Aktivliyi ilə seçilən sürüşmə sahələrində aidiyyəti qurumlar tərəfindən müntəzəm monitorinqlər aparılır və vəziyyət nəzarətdə saxlanılır. Sürüşmə prosesləri əsasən Böyük Qafqazın cənub yamaclarında, Şamaxı, İsmayıllı, Quba, Qusar rayonlarında, həmçinin Lənkəran-Astara ərazisində müşahidə olunur.
"Bakıda və Abşeron yarımadasında sürüşmə riskli sahələr Bayıl yamacı, Badamdar, Bibiheybət, Zığ, Əhmədli, Masazır, Qaraçuxur və Nübar zonalarıdır".
Ə.Əliyev əlavə edib ki, hazırda ölkə ərazisində operativ monitorinqlərə cəlb edilmiş 99 sürüşmə sahəsi mövcuddur.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA